“Rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə deyib.
O bildirib ki, bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir:
“ Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir”.
Abatv az İstehsal etdiyimiz bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır və hər bir digər yayımçı tərəfindən istehsal edilmiş məhsulu məzmunu dəyişdirmədən, loqonu silmədən,Abatv az-a istinad etməklə təkrar yaya bilməz.
Nguồn: https://inkstitch.net
Xem thêm bài viết khác: https://inkstitch.net/giai-tri
Xem thêm Bài Viết:
- Chuyên gia giải đáp: Thai mấy tuần có tim thai?
- 999 Nụ Hôn Bá Đạo Của Nam Thần chap 426+427- 999 nu hon ba dao cua nam than chap 426+427
- Liên Khúc Remix 999 Đóa Hồng – Hãy Cho Tôi | Saka Trương Tuyền, Vũ Hà (Tuyệt Đỉnh Remix)
- TUẤN CHUNG LK Nụ Hồng Mong Manh,999 Đóa Hồng, Nhạc Trẻ Xưa Remix, Nhạc Hoa Lời Việt Bất Hủ 7X 8X 9X
- MỘT VÒNG SÀI GÒN TỚI CHỢ NHÀ GIÀU THẢO ĐIỀN | saigon travel Guide